Interposta.Info

Yardımlıda əsgər atasından rüşvət tələb edən məmurlar kimlərdi? - VİDEO

Müxtəlif / Manşet
 4-04-2020, 04:08     1 432

Yardımlı rayonu rüşvət içində boğulur?

Yardımlı rayonunda əsgər atasından sosial yardım almaq üçün 1000 manat, işə düzəlmək üçün 500 manat pul istəyiblər.

"İnterPosta" xəbər verir ki, Yardımlı rayon Şəfəli kənd sakini Həsənov Nahid Dədəbəy oğlu iddiya edir ki, icra hakimiyyəti və rayonun digər orqanlarının əməkdaşları ondan rüşvət istəyiblər.

Dolana bilmədiyin, acnacaqlı durumda yaşadığını deyən əsgər atası Həsənov Nahid bildirir ki, ailəsini dolandıra bilmədiyinə görə, həyat yoldaşı və övladların qaynatasının evinə aparıb. Oğlu hərbi xidmətdə olduğunu deyən ata bildirir ki, onun hərbi andiçmə mərasiminə getmək üçün pulu olmayıb, bu səbəbdəndə Yardımlı rayon icra hakimiyyətinə müraciət edib ki, övladının andiçmə mərasiminə getmək üçün ona maddi yardı etsinlər, amma buna baxmayaraq icra hakimiyyəti ona maddi yardım etməyib.

Yardımlı rayon Şəfəli kənd sakini Həsənov Nahid Dədəbəy oğlu deyir maddi durumlarının yaxşı olmadığı səbəbindən evdə tək yaşamağa məcbur qalıb.

Bunları qeyd edən şikayətçi bildirir ki, İcra hakimiyyətinin əməkdaşları çıxışlarında deyirlər ki, kasıb və shibsiz insanlara kömək edirik, bəs onda mənə niyə kömək etmirlər?
Qarşı tərəfi dinləməyə hazırıq.

İnterPosta.info Media Tv-yə istinadən sözü gedən kadırları təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26