Interposta.Info

Şəhidimiz dəfn olundu (FOTO/VİDEO)

Ölkə
 7-03-2020, 17:10     623

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Qarayev Eltun Elman oğlu ilə doğulduğu Bərdə rayonu Qazqurdalı kəndində vida mərasimi keçirilib.

APA-nın məlumatına görə, Qarayev Eltun Elman oğlu kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nın nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

15.34

Dövlət Sərhəd Xidmətinin (DSX) şəhid olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayevin nəşi bu gün doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilib.

"İnterPosta" "Report"a istinadən xəbər verir ki, onun cənazəsi ailəsinə təhvil verilib.

Əsgər bu gün Bərdə rayonundakı Şəhidlər xiyabanında dəfn ediləcək.

Hazırda Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və hüquq-mühafizə orqanlarının əməkdaşları şəhidin yaşadığı evdədirlər.

13.53

Dövlət Sərhəd Xidmətinin (DSX) həlak olan 19 yaşlı əsgəri Eltun Elman oğlu Qarayev bu gün Şəhidlər xiyabanında dəfn olunacaq.

Bu barədə "Report"a Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov məlumat verib.

Onun sözlərinə görə, əsgərin nəşi martın 7-də doğulduğu Bərdə rayonunun Qazqurdalı kəndinə gətirilərək ailəsinə təhvil veriləcək: "Eltun Qarayev Şəhidlər xiyabanında dəfn ediləcək. Bununla bağlı hazırlıq işləri görülür. Yas mərasimin təşkil etmək üçün mağar qurulub".

Qeyd edək ki, E.Qarayev 2001-ci il martın 14-də Bərdə rayonunun Qazqurdalı kəndində anadan olub. O, 2019-ci ilin aprel ayında hərbi xidmətə yola salınıb.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26