Interposta.Info

Şəhid Murad Xəlilov dəfn edildi
 

Ölkə
 18-11-2021, 13:11     352

Noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin təxribatları nəticəsində şəhid olan Murad Xəlilov dəfn edilib.

"İnterPosta" xəbər veirr ki, o, Şəmkir Şəhidlər xiyabanında böyük izdihamla son mənzilə yola salınıb.

Dəfn mərasimində Şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və qazilər və sakinlər iştirak edib.

Şəhidin xatirəsinə yaylım atəşi açılandan sonra onun nəşi torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Murad Xəlilov 2003-cü ildə Şəmkir rayon Çinarlı qəsəbəsində anadan olub.

Allah rəhmət etsin!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26