Interposta.Info

Körpə ikən anasını itirən şəhid...

Ölkə
 19-11-2021, 09:37     242

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan 7 hərbi qulluqçumuzdan biri də əsgər Murad Xəlilovdur.

19 yaşlı şəhidimiz ailənin yeganə oğlan övladı olub. O, bacısı İlahə ilə birlikdə anasız böyüyüb.

Belə ki, Muradın anası 22 yaşında dünyasını dəyişib. Bu zaman Murad Xəlilov 1 yaş 8 aylıq olub. Anasının vəfatından sonra şəhidimiz nənəsinin himayəsi altında böyüyüb.

Murad Xəlilov şəhid olmazdan təxminən 10 gün öncə məzuniyyətə gəlibmiş.

Qeyd edək ki, 2003-cü il təvəllüdlü şəhidimiz doğulduğu Şəmkirin Çinarlı qəsəbəsində torpağa tapşırılıb./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26