Şəhidimiz torpağa tapşırıldı

Azərbaycanın şəhid olan əsgəri dəfn edilib.
"XeberBiz" report-a istinadən xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Səməd Anar oğlu Alışov Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb.
Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Allah rəhmət eləsin!
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26