Interposta.Info

Ölümə meydan oxuyan ağ libaslı qəhrəmanlar

Müxtəlif / Manşet
 11-06-2020, 10:04     1 910

Simalarını görə bilmədiyimiz, ölümə meydan oxuyan ağ libaslı qəhrəmanlar!

Dünyanı bürüyən koronavirusa meydan oxuyan, sabah nə baş verəcəyini bilməyən “Ağ libaslı” qəhramanlardan söhbət açacam.

Pandemiya dövründə mənə də xəstəxanaya düşmək qismət oldu. Bəlkə də eyni zamanda mənim üçün bir sınaq dövrü idi. Ağır, izah edə bilməyəcəyim çətin dövrdə ağ libaslı qəhrəmanların necə fədakar olduqları və 8 saat ağ libasın içində qalan, ağız suyu ilə 8 saat qidalanan qəhrəmanlar məni heyrətə gətirdilər.
Azərbaycan Səhiyyəsində korrupsiyanın, özbaşınalığın olması hər kəsə məlumdur.
Amma buna baxmayaraq, bu çətin zamanda millətimizin şərəfli, vicdanlı ağ libaslı övladlarının qarşılıq güdmədən xəstələrinə ləyaqətlə xidmət etdiklərini görmək başqadır.
Mən Azərbaycan həkimlərinin fədəkarlıqlarını görməsəydim yenə də öz fikrimdə qalacaqdım. Anladım ki, hələ Azərbaycan xalqı var, yaşayır!
Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının direktoru Surxay həkim, müavini Fəridə həkim, Şərəf həkim və digər əməkdaşlarının şərəfli fədakarlığı qarşısında baş əyirəm. İnanıram ki, bu qlobal imtahandan Allahın köməyi ilə Azərbaycanın ağ libaslı qəhrəmanları üzü ağ çıxacaq!
Xaliq Rəşidoğlu

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26