Interposta.Info

Rejisor Şahin Zəkizadə

Mədəniyyət
 16-02-2017, 17:35     1 312

Rejisor Şahin Zəkizadə
Rejissor Şahin Zəkizadənin öldüyünü APA-ya Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu təsdiqləyib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.

***

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin ölüm xəbəri yayılıb.

Bir neçə gün idi ki, vəziyyəti ağırlaşan və süni nəfəs aparatına qoşulan rejissorun xəstəxanada vəfat etdiyi bildirilib.

Ancaq ASAN Radio xəbər verib ki, bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti agırdır. Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev ASAN Radioya məlumat verib.

Rejissor Kənan M.M də sosial şəbəkədə xəstəxanaya baş çəkdiyini, həmkarının komada olduğunu yazıb.

Musavat.com saytı məsələ ilə bağlı rejissor Kənana M.M ilə əlaqə saxlayıb: “Bir müddət sonra isə rejissorun ölmədiyi məlum olub. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi Adil Nuriyev ASAN Radioya bildirib ki, hazırda rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır. O, ölməyib".

Qeyd edək ki, Şahin Zəkizadə sentyabr ayından etibarən Tədris terapevtik klinikasında müalicə alır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26