Interposta.Info

Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir istefa verdi

Müxtəlif
 29-01-2018, 15:21     10 605

Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə H.Müntəzir Facebookda yazdığı statusda bildirib. Statusu təqdim edirik: “5 ildir fəaliyyət göstərən Meydan TV'nin hər üç dildə Facebook səhifələrini ələ keçirib, siliblər. Sosial media meneceri olaraq bütün məsuliyyət mənim üzərimdədir. Vəzifəmdən istefa verirəm. Ümid edirəm, rəhbərlik istefamı qəbul edər”.

Meydan TV-nin icraçı direktoru Emin Milli isə sosial şəbəkədə yazdığı statusda Facebook səhifələrinin oğurlandığını bildirib. H.Müntəzirin statusu isə ciddi müzakirələrə səbəb olub. Bir çox dostları ona istefa verməməyi məsləhət görsə də, bir qisim sosial şəbəkə istifadəçiləri işində səhvə yol verən şəxsin istefa verməsinin gözəl örnək ola biləcəyini iddia edib. Eyni zamanda belə bir addımın şübhə yaradacağını deyənlər də H.Müntəziri qərarından daşındırmağa çalışıblar.

interposta.info
Meydan TV-nin Facebook səhifələri ələ keçirildi... Həbib Müntəzir istefa verdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26