Müsavat başqanının müavini istefa verdi
Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib.
Qaynarinfo xəbər verir ki, E. Fəttah APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub.
E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26