Interposta.Info

Atilla Kaya

Gündəm
 4-01-2017, 17:42     673

 Atilla Kaya

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, millət vəkili Atilla Kaya yanvarın 4-də partiyadakı vəzifəsindən istefa verib.

interposta.info bildirir ki, bu barədə musavat.com "CNN Türk"ə istinadən xəbər verir.

A.Kayanın istefasını media və bəzi siyasi çevrələr "Konstitusiya istefası" kimi dəyərləndirib. Belə ki, MHP başqanı Dövlət Bahçeli Türkiyə Konstitusiyasının dəyişdirilməsinə, Türkiyədə prezident üsul-idarəsinin yaradılmasına öz pariyasının dəstək verdiyini açıqladıqdan sonra onun partiyasında narazılıqların yarandığı deyilirdi. Atilla Kayanın istefasının da bu prosesdən qaynaqlandığı söylənilir.

Dövlət Bahçelinin baş danışmanı, qəzetçi-yazar Metin Özkan "CNN Türk" kanalına bildirib ki, bu istefanın "Anayasa istefası" kimi dəyərləndirilməsi doğru deyil. O, canlı yayındakı açıqlamasında deyib ki, Atilla Kaya sadəcə, partiyadakı vəzifəsindən istefa verib. MHP-dən və millət vəkilliyindən getməyib.

Atilla Kaya isə açıqlamasında bildirib ki, həyatını MHP və ülküçülük ideyasına həsr etmiş bir şəxs kimi yola davam edəcək. O, partiya üzvlüyündə qaldığını, mübarizəsini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26