Interposta.Info

Rza Zərrabla Hakan Atillanın cinayət işləri birləşdiriləcək?

Dünya
 12-04-2017, 11:36     420

Prokurordan sərt tələb gəlib. Türkiyəli iş adamları Rza Zərrab və Hakan Atilla ilə bağlı cinayət işlərinin birləşdirilməsi təklif edilib

ABŞ-da həbs olunan “Xalqbank” rəhbərinin köməkçisi Hakan Atillanın cinayət işi ilə bir ildir həbsdə olan Rza Zərrabın cinayət işi nin birləşdirilməsi üçün məhkəməyə ərizə verilib.

Xatırladaq ki, Hakan Atilla 27 mart tarixində Nyu-York JFK aeroportundan Türkiyəyə qayıdanda saxlanılaraq həbs olunub. Prokuror Coon H.Kim tələb edib ki, haqqında 2 milyon dollar pul cəzası, 50 ilə qədər də həbs cəzası tələb olunan H.Atilla üzərində 50 milyonluq pul cəzası, eləcə də 75 il həbs cəzası istənilən R.Zərrabın cinayət işləri birləşdirilsin.

Coon H. Kim məhkəməyə təqdim etdiyi 29 səhifəlik müraciətdə bildirib ki, hər iki şəxsin “cinayətləri eyni xarakterdə olduğu üçün” onların barəsindəki cinayət işlərinin birləşdirilməsi də mümkündür. R.Zərrab və H.Atilla 24 aprel tarixində Nyu-Yorkda hakim qarşısına çıxacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26