Interposta.Info

Rza Zərrab əvəzinə PKKistan? –

Dünya
 24-04-2017, 17:15     485

Zərraba qarşılıq Türkiyə PKK-nı qəbul edəcək.

Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Milliyətçi Hərəkat Partiyasının eks-üzvü, keçmiş deputat Ümit Özdağ paylaşıb.

“Zərrabın məhkəməsinin ləğv edilməsi qarşılığında Ərdoğan PKK ilə ABŞ-ın Rakka əməliyyatını, qısacası “PKKistan”ı qəbul edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, Rza Zərrab İran azərbaycanlısıdır.

Zərrab keçən ilin martında ABŞ-da həbs edilib. O, bank fırıldaqçılığı, çirkli pulların yuyulması, ABŞ-ın İrana qarşı embarqosunu pozmaqda günahlandırılır. ABŞ prokurorları onun 75 il həbs cəzasına məhkum edilməsini istəyirlər.

Zərrabın tutulmasından sonra dövlətə aid olan “Xalqbank”ın səhmləri 11% ucuzlaşıb. Bəzi mətbuat orqanların Zərrabın Türkiyənin hakim dairələri ilə geniş əlaqələri olduğunu və buna görə də Ankaranın onu müxtəlif vasitələrlə yenidən Türkiyəyə qaytarmaq istədiyini bildirib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26