Interposta.Info

Ebru Gündeşdən Rza Zərraba zərbə

Maqazin
 22-11-2017, 17:02     7 344

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş 2016-cı ilin mart ayından ABŞ-da həbsdə olan həyat yoldaşı Rza Zərrabdan boşanır.

interposta.info bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.

Rza Zərrab və Ebru Gündeş 2010-cu ildə evlənib. Cütlüyün Alara adlı bir qızı var.

Əvvəllər də cütülük haqqında dəfələrlə boşanma xəbərləri yayılıb, lakin sonradan hər iki tərəf yayılan məlumatları təkzib edib.

Qeyd edək ki, R.Zərrab 4 dekabrda yenidən hakim qarşısına çıxacaq. Bank fırıldaqçılığı və “çirkli pulların yuyulması”nda ittiham edilən biznesmen 19 mart 2016-cı ildə Mayami şəhərində tutulub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26