Interposta.Info

“Zərrab işi”ndə ilk məhkum bəlli oldu: qərar Türkiyəni silkələdi

Gündəm
 4-01-2018, 00:29     10 419

ABŞ-da Rza Zərrabla bağlı Nyu-York şəhərində keçirilən məhkəmə prosesində ilk qərar açıqlanıb.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, münsiflər heyəti bu işdə adı keçən Hakan Atillaya qarşı irəli sürülən 6 ittihamın 5-də onu təqsirkar hesab edib.

Hakan Atilla çirkli pulların yuyulmasında günahlandırılırdı.

Mətbuatın verdiyi xəbərə görə, ABŞ-ın İrana tətbiq etdiyi embarqoların qeyri-qanuni yollarla aşılması ilə bağlı keçirilən məhkəmədə münsiflər heyəti bu gün Azərbaycan saatı ilə 18:40-da toplanıb.

12 nəfərlik heyət “Halkbank” baş direktor müavini Hakan Atilla haqqında qərarı verib.

Atillaya ABŞ Maliyyə nazirliyini aldatmaq, Beynəlxalq Təcili İqtisadi Güc Aktını (International Emergency Economic Powers Act-red.) pozmaq, bank işində saxtakarlıq etmək, çirkli pulların yuyulması və pulların qaçaqmal yolu ilə xarici çıxarılması kimi ittihamlar irəli sürülmüşdü.

“Zərrab işi”ndə ilk məhkum bəlli oldu: qərar Türkiyəni silkələdi

Noyabrın 28-dən başlayan proses 4 həftə sonra başa çatıb.Bu ay ərzində məhkəmə sədri Riçard Berman müttəhimə veriləcək cəzanı da açıqlayacaq. Bununla bağlı yanvarın sonunda xüsusi prosesin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Hakan Atilla bir konfransda iştirak etmək üçün ABŞ-a getdiyi zaman Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həbs edilmişdi. Aşağıdakı görüntülər onun istintaqda sorğu-sualı zamanı çəkilib. Hakan Atilla istintaqda Rza Zərrabla əlaqəsini olduğunu inkar edərək, “Sizcə mən axmağa bənzəyirəmmi...Əgər Rza Zərrabla hər hansı bir bağlılığım olsa idi, ABŞ-a niyə gəlirdim” deyə cavab vermişdi.
“Zərrab işi”ndə ilk məhkum bəlli oldu: qərar Türkiyəni silkələdi

Günahını qəbul edən və ittiham tərəfi ilə razılaşmaya gedən Türkiyə və İran vətəndaşı Rza Zərraba veriləcək cəzanın müəyyənləşməsində də ittiham tərəfinin bildərəcəyi görüş xüsusi əhəmiyyət daşıyacaq.

“Zərrab işi”ndə ilk məhkum bəlli oldu: qərar Türkiyəni silkələdi

Musavat.com bildirir ki, ABŞ məhkəməsini qəbul etdiyi bu qərar Türkiyə siyasi mühitini silkələyib. İqtidara yaxın media quruluşları bu qərarı "Amerikadan skandal qərar" adlandırıblar.

İqtidar mənsubları bu qərara sərt reaksiyalar verməkdə və onu tənqid etməkdədirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26