Azərbaycanlı milyarderdən şok: Ərdoğan bunu əmr etmişdi
O dönəm Türkiyədə baş nazir olan Rəcəb Tayyib Ərdoğan İranla qızıl ticarətinin həyata keçirilməsi üçün şəxsən “Vəqfbank” və “Ziraat Bank”ına təlimat vermişdi.
Axar.az xəbər verir ki, bu sözləri hazırda ABŞ-da həbsdə saxlanılan azərbaycanlı milyarder Rza Zərrab “Xalqbank”ın sədr müavini Hakan Atillanın məhkəmə prosesində şahid qismində ifadə verərkən deyib.
“Ərdoğan və Əli Babacan (Türkiyəni keçmiş iqtisadiyyat naziri) banklara təlimat verdiklərini Zəfər Çağlayandan öyrəndim. Ehtiyat edirdim ki, iranlılar ticarəti birbaşa banklarla həyata keçirib, məni aradan çıxardacaqlar. Ona görə də Süleyman Aslan ilə çalışmağa başladım”, - Zərrab bildirib.
Xatırladaq ki, Rza Zərrab İrana qarşı embarqonun pozulmasında, korrupsiyada və çirkli pulların yuyulmasında ittiham edilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26