Interposta.Info

Meydan TV-nin sosial səhifəsi qaytarılıb - bütün məlumatlar və 100.000 izləyici silinib

Gündəm
 30-01-2018, 09:37     10 517

Xəbər verdiyimiz kimi, dünən Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir Feysbuk səhifəsində status yazaraq, "Meydan"ın sosial şəbəkədəki səhifələrinin ələ keçirildiini qeyd etmiş, buna görə özünün məsuliyyət daşıdığını və bu üzdən tutduğu vəzfədən istefa verdiyini bildirmişdi.

Bu gün Həbib Müntəzir daha bir açıqlama ilə çıxış edərək yazıb: "Meydan TV səhifəsi qayıtdı. Bütün aylaşımları siliblər, üstəlik 100.000 izləyicini də. Yenidən toparlanıb qaldığımız yerdən davam edəcəyik. Azərbaycanda insanları məlumatlandırmaq, bacardığımız qədər həqiqətləri çatdırmaq vəzifəmizdir. Mən Meydandayam, sosial media meneceri olmasam da" .

Qeyd edək ki, dünən Meydan TV-nin icraçı direktoru Emin Milli də sosial şəbəkədə yazdığı statusda Facebook səhifələrinin oğurlandığını bildirmişdi./Musavat.com

interposta.info
Meydan TV-nin sosial səhifəsi qaytarılıb - bütün məlumatlar və 100.000 izləyici silinib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26