Interposta.Info

"Sakit Qəhrəmanlar" - Köşə

Müxtəlif / Ölkə
 9-01-2020, 15:20     764

Həkim-fizioterapevt Məhsəti xanımın danışdıqlarından...

Məhsəti xanımı yaxın bir dostumun vasitəsi ilə tanımışam, çox sadə, işini sevən, ünsiyyətcil bir xanımdır. Məhsəti xanım uzun illərdir ki, həkim işləyir və işini çox sevir. Onunla tez-tez olmasa da, vaxt olanda görüşüb həmsöhbət oluruq. Hər dəfə görüşəndə maraqlı söhbətlər edir, bu dəfə də belə oldu.

Həkim Məhsəti Cəfərzadə uzun illərdir ki, həkim fəaliyyəti ilə məşğuldur. Bir neçə aydır yeni iş yerinə təyin olunub, hərəkətlərindən və sözlərindən işini və yeni iş yerini, kollektivini necə sevdiyini görmək çətin deyildi:

"Nicat, elə gözəl bir yerdə çalışıram... Rəhbərliyi, işçiləri, avadanlıqları çox yüksək səviyyədədir. Bir sözlə, hər şey əladır. Orada hər həkim ürəklə işini görür, müxtəlif elmi araşdırmalar aparır. Onlara ad da qoymuşam - "Sakit Qəhrəmanlar"...

Mən xaricdə təhsil almışam, müxtəlif elmi konfranslarda iştirak edib, mühazirələr oxumuşam. Oranın xəstəxanalarında olan avadanlıqları təzə təyin olunduğum "Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu"da da görəndə çox sevindim. Xalqımıza yetərincə yüksək səviyyəli tibbi xidmət göstərə biləcəyimiz tibbi cihazlarımız var".

Onu dinlədikcə bir insanın peşəsini necə ürəkdən sevdiyini görüb mən də sevindim. Çünki mətbuatda tez-tez fırıldaqçılıqla məşğul olan "həkimlərlə" az rastlaşmırıq.

Məhsəti xanımın dediklərindən həmin institutun müdirəsi, professor Həqiqət Qədirova ilə də qiyabi tanış oldum.

Həqiqət həkim yeni təyin olunub. Buna baxmayaraq, köklü dəyişikliklər edir, həkim kollektivi ilə yaxından ünsiyyət qurur. Məhsəti xanım söylədi ki, professor bütün hər şeyi qaydasına salır, çatışmazlıqları aradan qaldırır. Düzü, çox sevindim. Çünki rəhbərin öz kollektivi ilə baş-başa verib çalışması çox ürəkaçan məqamdır.

Həmsöhbətim həm də yayılan xəstəliklərdən söz açdı:

"Elə gözəl şəraitimiz var ki... Əfsuslar olsun ki, xəstələr bəzi dərman şirkətləri ilə əməkdaşlıq edib dələduzluqla məşğul olan "həkimlər"ə görə bizə inanmırlar, xaricə üz tuturlar. Bu, mənə çox pis təsir edir. Hər cür imkanımız var. Tam yüksək tibbi xidmətə imkan verən cihazlarımız da var. İstəyirəm ki, xalqımız təbii yollarla müalicə olunsun".

Onu dinlədikcə bir daha insaflı həkimlərin olduğuna əmin oldum və bunu yazıya köçürməyi qərara aldım. Düşünürəm ki, ölkəmizin yetərincə güclü, potensiallı, savadlı həkimləri var. Tanrı onları qorusun!

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26