Interposta.Info

Kibrit çöpündən hazırlanan qeyri-adi xariqələr –

Ölkə
 4-03-2017, 21:28     709

Kibrit çöpündən hazırlanan qeyri-adi xariqələr –

Kibrit çöplərindən, taxta qırıntılarından müxtəlif maketlər, şüşə və saxsı qablar üzərində rəngarəng naxışlar, yun və pambıq liflərindən hörmə təsvirlər. Bu sənət növlərinin hamısı Gəncənin Məhsəti Mədəniyyət Mərkəzində inkişaf etdirilir və gənclərə öyrədilir.

ARB 24 xəbər verir ki, İlham Axundzadə kimi digər uşaq və yeniyetmələrin də dekorativ-tətbiqi sənətə marağı getdikcə artmaqdadır.

Gəncədə fəaliyyət göstərən Məhsəti Mədəniyyət Mərkəzi onlara bu sənətin sirlərini öyrənməkdə kömək edir. İkinci böyük şəhərin mədəni həyatında mühüm rol oynayan mərkəzdə şüşə və keramik qablar üzərində arnamentlər, kiçik taxta fraqmentlərindən müxtəlif maketlər və kompozisiyalar hazırlanır. Onların içərisində minlərlə kibrit çöpündən hazırlanan Nizami məqbərəsi xüsusilə diqqət çəkir. Tətbiqi sənətdə xalq yaradıcılığı üslubunun öz əksini tapması maraqlı nümunələrin ərsəyə gəlməsilə nəticələnir. Burada sərgilənən hörmə portretlər, yığma tablolar, keramik və şüşə kompozisiyalar da bu qəbildəndir. Məhsəti Mərkəzində mütəmadi olaraq respublika və beynəlxalq yaradıcılıq tədbirləri təşkil olunur. Bu da gəncəli məktəblilərə əl işlərini nümayiş etdirməyə imkan yaradır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26