Interposta.Info

Sahil Babayevin adamının Çexiya biznesi – Fakt

Müxtəlif / Manşet
 30-12-2019, 19:32     1 053

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Həmid oğlu Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib.

"İnterPosta.info" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənl yazıb.
NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb.
Şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.
1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra “Allianz” şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.
2014-cü ildə Rusiyada fəaliyyət göstərən “СОГЛАСИЕ” ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.
2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26