Interposta.Info

Prezident Administrasiyasının sabiq şöbə rəisi Almaniyada da biznes qurub

Paradoks
 28-01-2019, 12:06     10 805

Prezident Administrasiyasının sabiq şöbə rəisi, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov Almaniyada da biznes qurub.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli “Facebook” səhifəsində məlumat paylaşıb.

Məlumatda deyilir ki, Elnur Aslanov ALKEL INSHAAT SANAYE VE TIJARET AG şirkətini 2017-ci ilin iyul ayının 28-də 50 min avro nizamnamə kapitalı ilə Charlottenburg (Berlin) ədliyyəsində qeydiyyatdan keçirib və HRB 191395 B saylı lisenziya alıb. PA-nın keçmiş şöbə müdirinin Almaniyadakı şirkəti əvvəlcə Ballenstedter str D-10709, Berlin ünvanında qeydiyyata alınıb. Hazırda Berlinin POTSDAMER STR. 92, D-10785 ünvanında yerləşir.

Prezident Administrasiyasının sabiq şöbə rəisi Almaniyada da biznes qurub

Şirkət torpaq, ərazi alışı, satışı, daşınmaz əmlak idarəçiliyi və inşaat sektorunda fəaliyyət göstərir. Şirkəti 16 mart 2018-ci ildən Elnur Aslanovun Vilnüsdə yaşayan Fəxrəddin Qəmbərov adlı dostu idarə edir.
Prezident Administrasiyasının sabiq şöbə rəisi Almaniyada da biznes qurub [/center]
Xatırladaq ki, bundan əvvəl Cavanşir Həsənli Elnur Aslanovun Amerika və Səudiyyə Ərəbistanında biznes qurduğu, PayZəkat ödəmə sistemi yaradaraq ianələr yığması barədə məlumatlar yaymışdı./aztoday.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26