Interposta.Info

Elnur Aslanov Bakıya qayıtdı

Ölkə
 24-06-2017, 12:42     851

Birdəfəlik xaricə köçdüyü bildirilən Prezident Administrasiyası Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin sabiq rəhbəri Elnur Aslanov Bakıya qayıdıb.

Ötən ilin əvvəllərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsindən ayrılan Elnur Aslanov Bakının məşhur "Tarqovı" küçəsində görünüb. "Qaynarinfo"nun əməkdaşı Elnur Aslanovun fotolarını çəkməyə nail olub.

Elnur Aslanovun əcnəbilərlə bir yerdə gəzməsi diqqəti cəlb edib.

Onun Bakıda xaricilərlə görünməsinin səbbləri haqqında dəqiq informasiyamız olmadığı üçün, əlavə şərh vermək istəməzdik. Amma xatırladaq ki, Elnur Aslanovun Rabitə Nazirliyindən işdən çıxandan sonra ABŞ-a köçdüyü bildirilirdi və həmin vaxt Rusiyada da biznes layihələrinə start verdiyi barədə söhbətlər dolaşmağa başlamışdı.

Xəbərlərdə deyilirdi ki, Elnur Aslanov Ramin Quluzadənin adına yazdığı istefa ərizəsində başqa bir beynəlxalq təşkilatda daha yaxşı şərtlərlə işləmək təklifi aldığını və bu səbəbdən də Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki vəzifəsindən istefa vermək istədiyini vurğulayıb. .

Qeyd edək ki, 2007-ci ilin dekabrından 2014-cü ilin martınadək Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri işləmiş Elnur Aslanovun adı tez-tez “Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılırdı. O, 2015-ci ilin martın 17-də prezidentin sərəncamı ilə işdən çıxarıldı, onun rəhbərlik etdiyi şöbə isə ümumiyyətlə ləğv edildi.

Amma elə həmin ilin aprel ayının 1-də gözlənilmədən E. Aslanov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat aldı.

E.Aslanov PA-dan uzaqlaşdırılandan sonra onun anası Rəbiyyət Aslanova da 2015-ci il parlament seçkilərinə buraxılmadı. Belə ki, YAP-ın parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısından onun adı çıxarıldı. 109 saylı Balakən seçki dairəsindən deputat seçilən, parlamentdə İnsan haqları komitəsinə rəhbərlik edən Rəbiyyət Aslanova “partiyamız necə məsləhət bilir, elə də olur” deməklə məsələyə nöqtə qoydu./qaynarinfo.az

interposta.info
Elnur Aslanov Bakıya qayıtdı
Elnur Aslanov Bakıya qayıtdı
Elnur Aslanov Bakıya qayıtdı
Elnur Aslanov Bakıya qayıtdı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26