Interposta.Info

Məhərrəm Əliyevin də

Ölkə
 27-01-2017, 10:23     857

Məhərrəm Əliyevin də

Xəbər verdiyimiz kimi, “Açıq Rusiya” təşkilatının saytı Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısının Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsus olduğu barədə material yayıb

Virtualaz.org xatırladır ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.

Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı var.
Məhərrəm Əliyevin də


Adil Əliyev bu məlumata olduqca maraqlı reaksiya verib. Onun sözlərinə görə, Karlovı Varıdakı evlər Bakının Sulutəpə qəsəbəsindəki mənzillərlə, demək olar, eyni qiymətədir: "Mənim Karlovı Varıda evim var. Burada qeyri-adi nə var ki?! Həmin evi hər kəs ala bilər".

Yeri gəlmişkən, Çexiyadakı rieltor mənbələrindən məlum olub ki, orada 120 kv.m sahəsi olan mənzilin qiyməti 360 min avro təşkil edir.

Əlavə edək ki, Adil Əliyevdən başqa Karlovı Varıda ev alanlar arasında onun böyük qardaşları – Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, hazırda Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyev və keçmiş polis polkovniki Allahverdi Əliyev də var.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26