Azərbaycanda ürək xəstəlikləri sürətlə artır və cavanlaşır
Azərbaycanda ürək xəstəlikləri sürətlə artır və cavanlaşır.
"XeberBiz" Xezerxeber.az-a istinadən məlumatına görə, bu açıqlama ilə Milli Məclisin səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva çıxış edib. Millət vəkili bildirib ki, ürək xəstəliklərinin artmasının bir sıra səbəbləri var.
Kamilə Əliyeva deyir ki, ürək xəstəliklərinin artması ilə paralel Azərbaycan səhiyyəsi də inkişaf edir. Ancaq səhiyyənin inkişaf etməsi o demək deyil ki, hamı bu xəstəlikdən sığortalanıb. Ürək xəstəliklərinə yoluxmamaq üçün insanların bəzi qaydalara riayət etməsi vacibdir.
Millət vəkili Azərbaycanda yeni, müasir səhiyyə müəssisələrinin yaradılması ilə təkcə ürək xəstəliklərinin deyil, bütün digər xəstəliklərin müalicəsinin daha da asanlaşacağına diqqət çəkir. Bu isə Azərbaycanın hər yerində icbari tibbi sığortanın tətbiqi ilə mümkün olacaq. Bunun nəticəsində insanlar daha ucuz qiymətə yüksək səhiyyə xidməti əldə edə biləcəklər.
İcbari tibbi sığortanın tətbiqindən sonra insanlar xəstəliklərə yoluxmadan tibbi yoxlanışlara da daha çox meyl göstərəcəklər. Bu isə bir sıra xəstəliklərin ilkin mərhələdə aşkar olunması və qarşısının vaxtında alınması deməkdir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26