Interposta.Info

“İcbari tibbi sığortanın bütün ölkədə tətbiqi 2019-cu ildə gözlənilir”

Ölkə
 27-11-2017, 11:04     10 482

“2018-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunacağı rayonların siyahısı genişlənəcək”

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın yalnız 2019-cu ildə bütün ölkədə tətbiqindən danışmaq olar: “Pilot layihələr uğurla icra olunur. Pilot layihənin davam etdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Maliyyə naziri qeyd etdi ki, əlavə olaraq bir neçə rayonda da icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub. Hansı rayonlar bu siyahıya əlavə olunacaq onu deyə bilmərəm. Bu ilin əvvəlində məlum olacaq”.

Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqi üçün mexanizmlər hazırlanır: “Eyni zamanda qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Yaxın vaxtlarda “İcbari tibbi sığorta haqqında” qanuna əlavə və dəyişikliklər olunacaq ki, bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə tam hazır olaq”.

Qeyd edək ki, icbari tibbi sığorta pilot layihə olaraq Mingəçevir və Yevlaxda tətbiq olunur.(APA)

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26