Interposta.Info

Koronavirusa qarşı peyvəndlə bağlı MÜHÜM AÇIQLAMA

Müxtəlif
 9-02-2021, 16:41     800

Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib.

"İnterPosta" APA-ya istinadən xəbər verir ki, deputat ürək-damar xəstələrinin koronavirusa qarşı peyvənd vurdura biləcəyini söyləyib.

“Bütün açıq ürək və stendləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.

Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26