Interposta.Info

İran televiziyasında Azərbaycan mahnısı -

Müxtəlif
 15-08-2017, 17:24     10 010

İran Dövlət Televiziyası Təbrizin “Traktor” klubu ilə Tehranın “İstiqlal” futbol klubu arasında keçirilən görüş üçün hazırlanmış süjeti Azərbaycan mahnısı ilə efirə verib.

Kult.az xəbər verir ki, süjetdə oyuna gedən futbolçuların coşqusu hiss olunur. Bir neçə dəqiqlik kadrlarda əvvəldən sona qədər Azərbaycanın xalq şairi Şəməd Vurğunun “Azərbaycan” şeirinə bəstələnmiş mahnı səsləndirilib.

Qeyd edək ki, “Traktor”la “İstiklal” komandası 11 avqust tarixində görüşüb. Oyun “İstiklal”ın minimal (1-0) hesablı qələbəsi ilə nəticələnib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26