Interposta.Info

“Traktor”dan maraqlı addım - Urmiya gölü…

İdman
 29-07-2017, 14:29     10 516

İyulun 27-də İranda futbol üzrə 17-ci Super Liqa yarışlarının ilk turu start götürüb.

Axar.az xəbər verir ki, yarışların ilk görüşündə Təbrizin “Traktor” və Xuzistanın “İstiqlal” komandaları üz-üzə gəlib. Əhvazın Qədir stadionunda yerli vaxtla saat 21:00-da başlayan oyun meydan sahibinin 1:0-lıq qələbəsi ilə yekunlaşıb.

Görüşdə ən maraqlı məqam “Traktor”un özünün yeni formasını təqdim etməsi olub. Yeni köynəklərin üzərində komanda sponsorlarının adları və Urmiya gölünün təsviri öz əksini tapıb. Bununla komanda Tehranın Urmiya gölünün qurumasına marağını cəlb etməyə çalışıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26