Interposta.Info

“Traktor”dan müraciət:

İdman / Gündəm
 10-05-2017, 10:05     576

Təbrizin “Traktor” futbol klubu öz tərəfdarlarına, xüsusilə də Qaşqay türklərinə müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətdə qarşıdakı günlərdə Xürrəmşəhrdə keçiriləcək “Traktor” – “Neft” oyununda azarkeşlərdən aktiv olmaları xahiş edilib.

“İran kuboku yarışları son mərhələsindədir. Bu çərçivədə mayın 11-də Xürrəmşəhrdə keçiriləcək görüşdə Azərbaycan futbolunun təmsilçisi “Traktor” Tehranın “Neft” komandası ilə üz-üzə gələcək. Ötən Super Liqa yarışlarında bir çox problemlə üzləşən “Traktor” sonda üçüncü oldu. Ölkə kubokunda isə qalib olmağa sadəcə bir addım qalıb. “Traktor” tərəfdarları sübut ediblər ki, istənilən zaman komandalarını dəstəkləyib, “Yel yatar, tufan yatar – Yatmaz Traktor bayrağı” şüarına əməl edərək, doğma komandanı heç bir stadionda tək buraxmayıblar. Bu dəfə isə “Traktor” tərəfdarları İranın cənub bölgəsində “Yaşasın Azərbaycan” şüarı səsləndirəcəklər.

Şübhəsiz ki, “Traktor”un İranın hər yerində tərəfdarı var. Qaşqay türkləri və Azərbaycanda yaşayan komanda tərəfdarlarından Xürrəmşəhrdə keçiriləcək görüşdə tamaşaçı qismində aktiv iştirak edəcəklərini gözləyirik”, - deyə klubun müraciətində bildirilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26