Interposta.Info

Makronun komandasındakı yeganə

Müxtəlif
 10-05-2017, 21:37     632

Fransanın yeni prezidenti Emmanuel Makronun komandasında yalnız bir türk siyasətçi olacaq.

BakiPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentin komandasında yer alan yeganə türk siyasətçi Yaqub Çelikdir.
Türk əsilli olan Yaqub Çelikin valideynləri 1970-ci illərdə Türkiyənin Gümüşxana rayonundan Fransaya köçüb. Ailə sonradan Türkiyəyə geri dönsə də, Yaqub Çelik və bacısı Fransada qalıb.
Makronun komandasındakı yeganə


Rouen Universitetində iqtisadiyyat fakültəsində təhsil alan Yaqub Çelik bələdiyyə başqanının köməkçisi, Məclis üzvü kimi vəzifələrdə çalışıb. 2014-cü ildə üzvü olduğu Sosialist Partiyasından istefa verib.
2016-cı ildən isə Yaqub Çelik yeni prezident Emmanuel Makronun komandasına qoşulub. Belə ki, o Makronun Avropa Birliyi üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.

Yaqub Çelik seçkilərdən sonra verdiyi açıqlamada bildirib ki, Makron Türkiyəyə böyük əhəmiyyət verir: "Fransada prezident seçkiləri zamanı əlimizdən gələni etdik. Nəticə etibarı ilə də istədiyimizi əldə etdik.
Bundan sonra Türkiyə-Fransa əlaqələri böyük mənada inkişaf edə bilər. Mən də bu yöndə əlimdən gələni etməyə hazıram”.

Qeyd edək ki, Yaqub Çelik qarşıdan gələn parlament seçkilərində deputatlığa namizəd olacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26