Interposta.Info

Türk nazirdən çağırış:

Dünya
 5-03-2017, 22:12     574

Türk nazirdən çağırış:

Avropa Birliyi irqçi, islamafobik, antisemitizm siyasət icad edən bəzi üzv ölkələrin hökumətləri ilə bağlı tədbirlər görməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin AB işlər üzrə naziri və baş müşaviri Ömər Çelik deyib.

“Avstriya Baş naziri bəzi Avropa ölkələrindəki demokratiya və əsas azadlıqlarla bağlı məhdudiyyətlərin bütün AB miqyasında tətbiq edilməsini təklif edib. Vətəndaşlarımızın toplanmasının qarşısını almaq üçün AB-dən istifadə etmək açıq şəkildə ifadə və söz azadlığının pozulmasıdır. Hüquq və azadlıqlara hücumun Avstriya kimi ölkənin hökumətindən gəlməsi olduqca təhlükəlidir”, - Çelik bildirib.

Qeyd edək ki, Avstriya Baş naziri Kristian Kern Türkiyə siyasətçilərinin tədbirlərinin Avropa Birliyi miqyasında qadağan edilməsini təklif edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26