Interposta.Info

Avstriya SOROS Fondunu qadağan edir -

Dünya
 23-10-2017, 07:37     10 409

Seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri Sebastian Kurz sensasion sayıla biləcək bəyanat verib. Hazırda bu bəyanat dünya mediasının əsas xəbərləri sırasındadır.
31 yaşlı gənc və qalib lider milyarder iş adamı Corc Sorosa Açıq Cəmiyyət Fondunun fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə ultimatum verib. Əks təqdirdə hüquqi yola əl atacağına dair xəbərdarlıq edib. Musavat.com yournewsire.com saytına istinadən xəbər verir ki, S.Kurz fondun Avstriyadakı fəaliyyətini dayandırmadığı təqdirdə "Millətin demokratiyasına hücum" maddəsi ilə hüquqi işlər başladacağını qeyd edib.
Sayt yazır ki, gənc lider C.Sorosun 24 milyardlıq sərvətinin 18 milyardını fonda bağışladıqdan sonra dərhal fəaliyyətə keçməyin vacib olduğunu bildirib.
S.Kurz "Vəziyyət kritikləşib. Soros qlobal idaerəetməni əldə saxlamaq üçün bütün fürsətləri ortaya qoyur. Yanlış məlumat və medianın manipulyasiyası bir gecədə daha da artdı. Biz narahatıq", deyə vurğulayıb.
"Açıq Cəmiyyət İnstitutu"nu nə üçün qadağan etmək istəyirsiz?" sualına Kurz belə cavab verib: "Çünki 2017-ci ildir".
"Soros əlindəki pulu siyasətçiləri, jurnalistləri, ictimai sektoru ələ almaq və dünyada özünə imic yaratmaq üçün istifadə edir", deyə Kurz əlavə edib.
S. Kurz dünyanın və Avstriyanın ən gənc siyasi lideri sayılır. Bir zamanlar media onun haqqında "Avstriyanın dahi cocuğu" deyə, yazırdı. Hazırda 31 yaşı olan Avstriyanın yeni lideri 27 yaşında ölkəsinin xarici işlər naziri olub.

Onun C. Sorosla baş - başa gəlməsi olduqca ilginc hadisədir.

Məqalənin əsli bu linkdədir: https://yournewswire.com/youngest-leader-george-soros/amp/

Avstriya SOROS Fondunu qadağan edir -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26