Interposta.Info

“Dünya fond birjalarındakı

İqtisadiyyat
 20-01-2017, 14:12     569

“Dünya fond birjalarındakı

Trampın vergiləri azaldacağı və xərcləri artıracağı barədə seçki öncəsi verdiyi vədlər nəticəsində noyabr ayından etibarən kəskin artım göstərən fond birjalarında müşahidə olunan “ralli” sona çatır”

interposta.infoReport”-a istinadən verdiyi xəbərə görə, bunu məşhur milyarder-investor Corc Soros (George Soros) Davos Ümumdünya İqtisadi Forumu zamanı “Bloomberg” telekanalına müsahibəsində verib.


Soros ABŞ-ın diktator ola bilməsi ehtimal edilən bir şəxsi prezident seçdiyini, Avropa İttifaqının (Aİ) dağılmaqda olduğunu, İngiltərə baş naziri Tereza Meyin (Theresa May) Aİ-dən ayrılmağa hazırlaşması ilə vəzifədə çox qalmayacağını və Çin cəmiyyətinin daha çox təzyiqlərə məruz qalacağını ehtimal etdiyini bildirib.

“Soros Fund Management” investiya fondunun sahibi olan C.Soros qeyd edib ki, qeyri-müəyyənik maksimal həddə çatıb: “Bu da uzunmüddətli investisiyaların düşmənidir. Qlobal maliyyə bazarlarının yaxşı olacağını düşünmürəm. Hazırda bazarlar bayram əhval-ruhiyyəsindədir. Bir azdan hər şey məlum olduqda, bədbin vəziyyət yaranacaq”.

“Report”un analitik qrupu bildirir ki, ABŞ keçirilən son prezident seçkilərindən sonra dünyanın inkişaf etmiş ölkələrinin fond birjasi indeksləri 10%-ə yaxın yüksəlib. 2017-ci ildə fond birjaları indekslərində dünya iqtisadiyyatının zəif inkişafı səbəbindən ciddi azalma gözlənilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26