Interposta.Info

Gənclər Günü ilə əlaqədar "Əminənin rəng dünyası" adlı fərdi sərgisi keçirilmişdir - FOTO

Mədəniyyət
 3-02-2024, 18:28     39 327

2 Fevral - Gənclər Günü ilə əlaqədar "Əminənin rəng dünyası" adlı fərdi sərgisi keçirilmişdir.
Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Niyazi adına UMM-bi və Şuşa Dövlət Rəsm Qalereyası ilə birgə 2 Fevral Gənclər günü ilə əlaqədar Əsədova Əminə Pərviz qızının"Əminənin rəng dünyası "adlı fərdi sərgisi keçirilmişdir.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri açıq elan edən Niyazi adına UMM direktoru Anar Əlizadə gənc rəssam Əsədova Əminə Pərviz qızının yaradıcılığından söz açmış və məktəbin müəllimi İsmayılova Nərmin xanımın gənc rəssamlara olan diqqət və qayğısın bildirmişdi.

Sərgidə rəhbərliklə yanaşı idarənin tabeliyində fəaliyyət göstərən gənc müəllimlər və təhsil alan şagirdlər iştirak ediblər.

Tədbir zamanı Şuşa Dövlət Rəsm Qalereyasının direktoru Anar Cəbizadə gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı tədbirlər, layihələr həyata keçirildiyindən, müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərdən danışılıb.Əsədova Əminə Pərviz qızı Şuşa Dövlət Rəsm Qalereyasının Fəxri Fərmanı ilə təltif olunmuş və yaradıcılığında uğurlar arzulamışdır.

Sonda Niyazi adına UMM nin direktoru Anar Əlizadə bir qrup gənc müəllim gənc nəslin təlim-tərbiyəsi sahəsində fəal, nümunəvi xidmətlərinə görə və 2 fevral – Gənclər Günü münasibətilə kollektivi səmimi qəlbdən təbrik etmiş və Əsədova Əminə Pərviz qızına məktəbin yubileyinə həsr olunmuş kitab xatirə olaraq hədiyyə vermişdir.

İnterPosta.info




Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26