Interposta.Info

“Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir - FOTO

 

Manşet
 7-11-2023, 23:23     74 507

Şuşa Dövlət Rəsm Qalereyası və Şuşa Rayon Mədəniyyət Evi,Quşçular kənd Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə 07 noyabr 2023-cü il tarixdə Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəbində Şuşa Rayon Bülbülcan adına uşaq musiqi məktəbi, Şuşa rayon Mədəniyyət evi, Şuşa rayon Quşçular kənd uşaq musiqi məktəbi, Şuşa Dövlət Rəsm Qalereyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şuşa şəhər komitəsi, Şuşa rayon YAP fəallarının iştirakı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Şuşa Dövlət Rəsm Qalereyasının Elmi işçisi Həsənova Sevinc tərəfindən Şuşalı rəssam Azərbaycan Respublikası Fəxri Mədəniyyət işçisi adına laiq görülmüş Bayram Rövşənin Şuşa haqqında  çəkdiyi əsərlər sərgidə nümayiş olundu.
Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək bildirib ki, 8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. Qarabağ Regional Mədəniyyət İdarəsi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şuşa şəhər komitəsinin sədri Anar Cəbizadə qazilərimizə və şəhid ailələrinə mükafatlar təqdim etdi. Vətən müharibəsindən bəhs edən filmə baxıldı.
Tədbirdə Şuşa rayon Mədəniyyət evinin “Buta” rəqs qrupu, Şuşa Rayon Quşçular kənd uşaq musiqi məktəbinin “Zəfər ritm” qrupu, Xəlfəli kənd Uşaq Musiqi Məktəbinin “Xarı Bülbül” saz ansamblının ifasında nümunələr göstərildi. Şuşa rayon Mədəniyyət evinin bədii rəhbəri Orxan Mövlanın ifasında “Xarı Bülbül” xalq mahnısı, Şuşa Humanitar Kollecinin tələbələri Nurlan Səfərov və Rüfət Piriyevin ifasında “Azərbaycan” mahnısı, Bülbülcan adına Uşaq Musiqi məktəbinin müəllimi Siyavuş Mehdiyevin ifasında “Mənim Azərbaycanım” mahnısı, Bülbülcan adına Uşaq Musiqi məktəbinin müəllimi Xəyalə Əliyevanın ifasında “Xudayar təsnifi” mahnısı, Mehman Elmanoğlunun ifasında “Zəfərimin yanan şöləsi” mahnısı səsləndirildi. Tədbir Saleh Nəzərov və Orxan Mövlanın ifasında Arəstə Baxışovanın sözlərinə yazılmış “Şuşa marşı” adlı mahnı ilə yekunlaşdı.

İnterPosta.info














Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26