Interposta.Info

Laçın Dövlət Rəsm Qalereyasında 8 Noyabr – Zəfər Günü + FOTO

Gündəm
 8-11-2023, 00:10     74 378

Laçın Dövlət Rəsm Qalereyasında 8 Noyabr – Zəfər Günü ilə əlaqədar tədbir təşkil olundu

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın Dövlət Rəsm Qalereyası və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin İkinci korpusunun birgə təşkilatçılığı ilə Laçın Dövlət Rəsm Qalereyasında “Zəfər Günü” ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Sonra tədbirdə iştirak edən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinə, Azərbaycan Respublikasının qüdrətli ordusu və Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz siyasəti haqqında geniş məlumat verilib.
Tədbirin sonunda tələbələrə, tarixi qələbəmizi əks etdirən rəsmlər təqdim edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26