Interposta.Info

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsində "Laçın şəhəri günü"nə həsr olunan tədbir keçirildi - FOTO

Manşet
 26-08-2023, 17:13     497

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən cari ilin iyul ayının 31-də imzalanan Sərəncama əsasən Azərbaycan Respublikasının işğaldan azad edilən əraziləri üzrə şəhər günləri təsis edilib.
26 avqust Laçın günü münasibətilə Sumqayıt Gənclər Evində "Laçın, sən azadsan" adlı tədbir təşkil olunub.
Şərqi Zəngəzur Regional Gənclər və İdman, Mədəniyyət və Təhsil İdarələri, Sumqayıt 1 saylı regional "ASAN Xidmət" mərkəzi və Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.


Əvvəlcə şəhidlər Xiyabanı ziyarət edilib, qəhrəmanların məzarları önünə gül dəstələri qoyulub.
İştirakçılar Laçın rayonuna həsr edilmiş yeniyetmə və gənclərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Sonra tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev hər kəsi salamlayıb, öncə şəhid valideynlərini, qaziləri bütün laçınlıları bu gün münasibətilə ürəkdən təbrik edib, möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər arzulayıb. Vurğulayıb ki, yaşasın və var olsun Müzəffər Ali Baş Komandan!! Rəşadətli Azərbaycan Ordusu ki, bizim torpaqlarımızı, doğma vətənimizi işğaldan azad etdilər. İdarə rəisi Allahdan bütün şəhidlərə rəhmət diləyib.
Tədbir Qubadlı rayon Mədəniyyət evlərinin, 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzinin təşkilatçılığı ilə hazırlanan şeirlər, musiqilər, kompozisiyalarla davam etdirilib.

İnterPosta.info






[center]
[/center]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26