Interposta.Info

Laçın Dövlət Rəsm Qalereyasında Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir təşkil olundu - FOTOLAR

Mədəniyyət / Manşet
 18-10-2023, 09:59     20 225

Laçın Dövlət Rəsm Qalereyasında 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir təşkil olundu

Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinə tabeli Laçın Dövlət Rəsm Qalereyası və Laçın rayon Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Bakı şəhər Qaradağ rayonu Qobu Park yaşayış Kompleksində fəaliyyət göstərən Laçın rayon 29 nömrəli tam orta məktəbində “Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar tədbir təşkil olunub.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Sonra tədbirdə iştirak edən 29 saylı tam orta məktəbin şagirdlərinə müstəqilliyin bərpası, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olması haqqında və Laçın rayonundakı tarixi-mədəni abidələri “Gənclərin gözündə” mövzusunda uşaqların əl işlərindən ibarət sərgisi haqqında geniş məlumat verilib.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26