Interposta.Info

Gənclər Günü ilə əlaqədar  “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib - FOTO

Mədəniyyət / Manşet
 1-02-2024, 16:20     39 905

1 Fevral -Gənclər Günü ilə əlaqədar “Gənclər gələcəyimizdir” adlı tədbir-sərgi keçirildi

02 fevral –Gənclər Günü ilə əlaqədar Şuşa rayon Mədəniyyət Mərkəzində mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi məqsədilə “Gənclər gələcəyimizdir” adlı tədbir-sərgi keçirildi.

Tədbir Şuşa rayon Mədəniyyət Mərkəzi, Şuşa Dövlət Rəsm Qalereyası, Şuşa rayon Gənclər və İdman idarəsi və YAP Şuşa rayon üzrə 37 saylı ƏPT ilə birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
İlk öncə ölkəmizin azadlığı uğrunda canından keçən gənc şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir incəsənət sahəsində istedadlı gənc rəssam Rəqsanə Həsənovanın fərdi sərgisi ilə başladı. Sərgiyə baxış keçirlən zaman gələn qonaqlar arasında Şuşa rayon Gənclər və idman idarəsinin sektor müdiri Nadir Bayramov və müavini Zeybək Cəfərli, Şuşa rayon İcra hakimiyyətindən Baş məsləhətçisi Əmirxan Qarayev, Baş məsləhətçi Ülviyyə Bağırov, müdür müavini Natiq Mahmudov, Şuşa rayon Malıbəyli kənd İcra nümayəndəsi Fuad Abbasov, Şuşa Dövlət Rəsm Qalereyasının direktoru Anar Cəbizadə və Şuşa rayon Mədəniyyət evinin direktoru Rüstəm Əliyev iştirak edərək gənc rəssam çəkdiyi rəsmilərlə ətraflı məlumat aldılar.
Sonra Şuşa rayon Mədəniyyət Mərkəzinin direktoru Rüstəm Əliyev və Şuşa Dövlət Rəsm Qalereyasının direktoru Cəbizadə Anar çıxış edərək gəncləri 2 fevral-Gənclər Günü münasibətilə təbrik etdilər və bildirdilər ki, Azərbaycanda bütün sahələrlə bərabər dövlət gənclər siyasətinin formalaşmasına və həyata keçirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşmış, gənclər siyasəti sahəsində yeni dövlət proqramları qəbul etmişdir.

Sonra Şuşa rayon Gənclər və idman idarəsinin sektorunun müdiri Nadir Bayramov “Gənclər Günü”nün yaranma tarixi haqqında məlumat verərək bildirdi ki, hər bir sahədə olduğu kimi “Gənclər Günü”nün təsis edilməsi də ümumilli liderimiz Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası haqqında imzaladığı Sərəncama əsasən Şuşa rayon üzrə mədəniyyət müəssisələrində gənclərin dünyagörüşünün artırılması, mədəniyyətimizin və tariximizin öyrənilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi istiqamətində mütəmadi olaraq tədbirlər keçirilmişdir.

Tədbirdə çıxış edən İctimai - Siyasi və Hümanitar məsələlər şöbəsinin müdir müavini Natiq Mahmudov gənclərin ictimai və siyasi həyatda tutduqları mövqedən və Vətən savaşında göstərdikləri uğurlardn söz açmışdır.

Tədbirdə həmçinin mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin ifaları dinlənildi, rəqs nömrəsi köstərildi və onlara Şuşa rayon Gənclər və idman idarəsinin hədiyyələri və“Fəxri Fərman”lar təqdim olunan gənclərimizdən Əliyeva Elmira, Ağayev Mirhəmzə, Quliyeva Sevinc, Hüseynova Lalə, Bayramova Şəlalə, Həsənova Rəqsanə, Kərimova Aynur təltif olunmuşdur.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26