Interposta.Info

Fiziki məhdud gənclərin növbəti tədbir keçirilib

Müxtəlif
 12-04-2017, 22:27     663

"interposta.info" xəbər verir ki, 11 aprel tarixində Azərbaycan Gənclər Fondunun elan etdiyi 8-ci Qrant müsabiqəsində qalib gəlmiş “Fiziki məhdud gənclərin cəmiyyətə adaptasiya olunması” layihəsi çərçivəsində növbəti tədbir Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Gənclər və İdman İdarəsinin dəstəyi ilə Binəqədi rayon Heydər Əliyev adına parkda sağlamlıq məhdudiyyəti olan və olmayan şəxslərin həmrəyliyini tərənnüm edən,toxuma və rəssamlıq qabiliyyətli gənclərin satış sərgisi, habelə şeir qiraəti, ifaçılıq istedadının qiymətləndirilməsinə həsr olunmuş tədbir keçirildi.

Təbdirdə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Qht və mətbuat (KİV) nümayəndələri iştirak edirdi. İştirakçılar içərisində Könül Məmmədli, Ruxsarə Zeynalova, Səadət Məmmədova,Rahim Rzayev, Kəmalə Güləliyeva, Səadət Həbibova və Zeynəb Məmmədova öz əl işlərini təqdim etdilər.

Gənc yazar Etibar Həsənzadə , şeir qiraəti ilə Mənsur Rəhimov, Sevinc Aslanova, İltimas Səmimi ,Aysel Əlizadə və Aysel Xanışova çıxış etdilər.Musiqiçi və şair qonaqlar öz ifaları ilə tədbirə rəng qatdılar.

Sonda bütün sərgi iştirakçıları dəyərli əl işərinə görə layihənin diplomu ilə təltif edildilər.

Son söz olaraq layihə rəhbəri Qabil Ədalət Azərbaycan Gənclər Fonduna, Binəqədi Rayon İcra hakimiyyətinə və tədbirin təşkilatçılıq dəstəyinə görə könüllü fiziki məhdudiyyətli gənc Sevinc Zeynala təşəkkürünü bildirib və bu cür layihələrinin davam edəcəyini vurğuladı./Azadə Bayramova

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26