Interposta.Info

Gənclər təşkilatı “Qədim Milli Xalq İdman Oyunlarının gənclər arasında təbliği” mövzusunda təlimlərə başladı.

Ölkə
 23-11-2019, 01:13     410

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə ilk təlimini 22 noyabr 2019-cu il tarixində Xocavənd rayonunda keçirtdi.
Xocavənd rayonunda keçirilən təlimdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şirinov Nicat Yengibar oğlu, Xocavənd Rayon Gənclər və İdman idarəsinin rəisi Quliyev Aslan Mahmud oğlu və 30 nəfər gənc iştirak etmişdir.
Tədbiri Xocavənd Rayon Gənclər və İdman idarəsinin rəisi Quliyev Aslan Mahmud oğlu açaraq Donor və İctimai Birlik haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Bu təlimin aktual və vacib bir mövzuya həsr olunduğunu qeyd etməklə, xalqların zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən olan qədim xalq idman oyunlarının gənclər arasında təbliğ olunmasını tədqirəlayiq hal olduğunu bildirdi. Natiq qeyd etdi ki, tarixi çox qədimlərə gedən, xalqımızın müxtəlif dövrlərdə adət-ənənələrini özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatsada bəzi oyunlar hal-hazırda unudulmaqdadır. Onun üçun də qədim xalq idman oyunlarımıza sahib çıxmaq, onları dərindən öyrənib və gənclər arasında təbliğ etmək lazımdır.
Tədbirdə çıxış edən Nicat Şirinov da Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olduğunu vurğulayaraq, qədim xalq idman oyunlarımızın unudlulmaması, bu oyunlara sahib çıxmaq, onları dərindən öyrənib və gənclər arasında təbliğ edilməsini qeyd etdi. Natiq bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idman siyasəti bu gün də ölkə rəhbəri cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bölgələrdə biri-birindən möhtəşəm Olimpiya İdman Kompleksləri tikilərək idmançı gənclərimizin ixtiyarına verilir. Bizlər çalışmalıyıq ki, milli dəyərlərimizi dərindən öyrənək, qoruyub saxlayaq və gələcək nəsillərə ötürək.
Sonda söz təlimçiyə verildi. Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına Milli Xalq İdma Oyunları haqqında geniş məlumat verdi.
Tədbirdə iştirak edən gəncləri maarifləndirmək məqsədilə onlara buklet paylanıldı, üzərində Fondun və Birliyin loqoları əks olunan köynəklər verildi. İştirakçılar sorğu anketlərində olan sualları cavablandırdılar. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.
#irsimiz
www.gənc.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26