Interposta.Info

Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başladı - FOTO

Ölkə
 28-09-2019, 18:40     10 558


“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Ağcabədi, Ağdam və Tərtər rayonlarını əhatə edəcək “Təmas xəttində yaşayan gənclərin seçkilərdə fəallığının artırılması” adlı layihənin icasına başladı.


"İnterPosta.info"nun məlumatına görə, “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində ilk təlimi 27 sentyabr 2019-cu il tarixində Ağcabədi rayonunda Gənclər Mərkəzində keçirib. Təşkilatdan verilən məlumata görə, “Təmas xəttində yaşayan gənclərin seçkilərdə fəallığının artırılması” layihəsinin məqsədi gənclərin, xüsusilə də seçkilərdə ilk dəfə iştirak edəcək gənclərin maarifləndirilməsi işinin təşkili və onların ictimai fəallığının artırılmasına dəstək olmaqla, onların dövlət quruculuğunda yaxından iştirakına nail olmaqdır.
Ağcabədi rayonunda keçirilən təlimdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi Bünyadov Cavid Rəhman oğlu, Ağcabədi Pedaqoji Kollecin direktor müavini Bayramov Rövşən Ərşad oğlu və 40 nəfər gənc iştirak etmişdir.
Tədbiri Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclərlə iş üzrə aparıcı məsləhətçisi Bünyadov Cavid Rəhman oğlu açaraq iştirakçılara Donor və İctimai Birlik haqqında geniş məlumat verdi. Natiqlər bu təlimin aktual və vacib bir mövzuya həsr olunduğunu qeyd etməklə, seçkilərin demokratik cəmiyyətin formalaşmasında rolunun əvəz olduğunu bildirdilər. Seçkilər qədim dövrlərdən etibarən cəmiyyətin siyasi həyatında aparıcı yer tutduğunu vurğulamaqla, İnsanların uzun müddət özlərinə layiqli rəhbər, lider müəyyənləşdirməyin ədalətli formalarını axtarmış və nəhayət, seçki kimi səmərəli forma tapmağa nail olduğunu bildirmişlər. Onlar qarşıdan gələn bələdiyə seçkilərində gənclərin fəal iştirakının vacibliyini xüsusi olaraq diqqətə çatdırdılar.
Sonda söz təlimçiyə verildi.Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının Seçki Qanununda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində öz əksini tapan seçkilərlə bağlı məsələlər haqqında gənclərə geniş məlumat verdi. Eyni zamanda gənclərin maarifləndirməklə yanaşı, onların faydalı vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda yaxından iştirak etmələri də vurğuladı.
Tədbirdə iştirak edən gənclərə buklet, flayer və slayd disklər paylanıldı. İştirakçılara mövzu ilə bağlı sualların ünvanlandığı sorğu vərəqələri verildi və onlar bu sorğuda olan sualları cavablandırildı. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.

İnterPosta.info

Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başladı - FOTO
Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başladı - FOTO
Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başladı - FOTO
Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı layihəyə başladı - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26