Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı təmas xəttində növbəti təlimini keçirtdi

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində növbəti təlimini 18 oktyabr 2019-cu il tarixində Ağdam rayonunda keçirtdi.
Təlimdə Ağdam Dövlət Sosial-İqtisadi Kollecin direktor müavini Verdiyeva İlahə Təyyar qızı və 30 nəfərə yaxın gənc iştirak etmişdir.
Tədbiri Ağdam Dövlət Sosial-İqtisadi Kollecin direktor müavini Verdiyeva İlahə Təyyar qızı açaraq iştirakçıları 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etdikdən sonra layihə haqqında geniş məlumat verdi. O, layihənin aktuallığını qeyd etməklə yanaşı, bildirdi ki, qarşıdan bələdiyyə seçkiləri gəlir. Cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin seçkilərdə iştirakının əhəmiyyətli olduğunu və hər bir kəsin seçki hüququndan istifadə edərək öz seçimlərini etmələri qeyd olundu. İlahə Verdiyeva gənclərimizin, xüsusilə ilk dəfə səs verən gənclərin daha geniş surətdə seçkilərə cəlb olunması üçün onların maariflənməsinə, daha çox biliklərə yiyələnməsinə, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsinə ehtiyac olduğunu vurğuladı və bildirdi ki, hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini başa düşməlidir.
Sonda söz təlimçiyə verildi. Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına seçkilərlə bağlı geniş məlumat verdi. Eyni zamanda gənclərin maarifləndirməklə yanaşı, onların faydalı vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda yaxından iştirak etmələri də vurğuladı.
Tədbirdə iştirak edən gəncləri maaarifləndirmək məqsədilə onlara buklet və flayer paylanıldı. İştirakçılara mövzu ilə bağlı sualların ünvanlandığı sorğu vərəqələri verildi və onlar bu sorğuda olan sualları cavablandırildı. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26