Interposta.Info

Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı təmas xəttində sonuncu təlimini keçirtdi.

Ölkə
 21-10-2019, 12:28     10 417

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində növbəti təlimini19 oktyabr 2019-cu il tarixində Tərtər rayonunda keçirtdi.
Tərtər rayonunda keçirilən təlimdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısıUmudov Elvin Natiq oğlu və 30 nəfərə yaxın gənc iştirak etmişdir.
Tədbiri İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısıUmudov Elvin Natiq oğluaçaraq iştirakçıları ilk növbədə 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibətilə təbrik etdi. Gənclərin maariflənməsi məqsədilə bölgələrdə belə təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Donor və İctimai Birlik haqqında geniş məlumat verdi. Natiqlər butəlimin aktual və vacib bir mövzuya həsr olunduğunu qeyd etməklə, seçkilərin demokratik cəmiyyətin formalaşmasında rolunun əvəz olduğunu bildirdilər. Seçkilər qədim dövrlərdən etibarən cəmiyyətin siyasi həyatında aparıcı yer tutduğunu qeyd etdilər.Onlar qarşıdan gələn bələdiyə seçkilərində gənclərin fəal iştirakının vacibliyini xüsusi olaraq diqqətə çatdırdılar.
Sonda söz təlimçiyə verildi.Layihənin təlimçisi Rasif Qaçayev tədbir iştirakçılarına Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının Seçki Qanununda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində öz əksini tapan seçkilərlə bağlı məsələlər haqqında gənclərə geniş məlumat verdi. Eyni zamanda gənclərin maarifləndirməklə yanaşı, onların faydalı vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda yaxından iştirak etmələri də vurğuladı.
Tədbirdə iştirak edən gəncləri maaarifləndirmək məqsədilə onlara buklet və flayer paylanıldı. İştirakçılara mövzu ilə bağlı sualların ünvanlandığı sorğu vərəqələri verildi və onlar bu sorğuda olan sualları cavablandırildı. Tədbirin sonunda gənclərə sertifikatlar paylanıldı.

İnterPosta.info

Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı təmas xəttində sonuncu təlimini keçirtdi.
Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı təmas xəttində sonuncu təlimini keçirtdi.
Gənclər təşkilatı gənclərin seçkilərdə fəallığının artırılması ilə bağlı təmas xəttində sonuncu təlimini keçirtdi.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26