Interposta.Info

Azərbaycan gəncliyi

Müxtəlif
 26-01-2018, 23:49     10 568

25 yanvar 2018-ci il tarixdə F.Muradov adına şəhər 7 saylı tam orta məktəbdə Bərdə Rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “2 fevral-Gənclər günü”nə həsr olunmuş “Nə?Harada?Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatı keçirilmişdir.
Çempionatda rayonun 14 məktəbinin (9 şəhər,5 kənd) komandaları iştirak etmişdir.Cəmi- 84 nəfər
Yarışın yüksək səviyyədə keçirilməsi və cavabların qiymətləndirilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1.Anar Baxşəliyev - Təhsil şöbəsinin metodisti- - sədr
2 Avtab Cəbrayılova - Gənclər və İdman idarəsinin aparıcı- məsləhətçisi -üzv
3 İsmayıl Abdullazadə - Gənclər və İdman idarəsinin aparıcı- məsləhətçisi -üzv
4 Namaz Kərimov - Fəal gənc - üzv
5. Nəsibə Kərimova - Fəal gənc - üzv
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mehparə Mustafayeva açaraq iştirakçıları salamladı,qonaqları təqdim etdi və komandalara uğurlar arzuladı.
Bərdə rayon Gənclər və İdman İdarəsinin aparıcı –məsləhətçisi Avtab Cəbrayılova çıxış edərək bugünkü yarışın məqsədini açıqladı , bütün iştirakçıları qarşıdan gələn “2 fevral-Gənclər Günü “ münasibətilə səmimi qəlbdən təbrik etdi və qısa olaraq bu günün tarixi barədə məlumat verdi.Qeyd etdi ki, artıq 21 ildir ki,respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunan “2 fevral –Respublika Gənclər günü” ümummilli liderimiz Heydər Əliyevin gələcəyinə böyük inam və ümid bəslədiyi Azərbaycan gəncliyinə olan böyük sevgisinin,diqqət və qayğısının bir təzahürü və hədiyyəsi idi. Bildirdi ki,əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, bu gün də, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Gənclərimiz daima onlara göstərilən bu diqqətdən bəhrələnir və inkişaf edirlər.
Rayon Təhsil Şöbəsinin metodisti Anar Baxşəliyev çıxış edərək iştirakçıları qarşıdan gələn “2 fevral-Gənclər Günü “ münasibətilətəbrik etdi,gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində görülən işlərdən, ölkə rəhbərliyinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdandanışdı və sonda komandalara uğurlar dilədi.
Yarışın aparılması və sualların verilməsi münsiflər heyətinin üzvü,fəal gənc Namaz Kərimov tərəfindən həyata keçirilmişdir.
Yarış əsasnaməyə uyğun olaraq I mərhələdə keçirilmişdir.Komandalara 36 sual verilmişdir.Hər duzgün cavablandırılmış suallar 1 balla qiymətləndirilmişdir.Hər 12 sualdan sonra 10 dəqiqəlik tənəffüs verilmişdir.
Ən çox bal toplayan Xanqaraqoyunlu kənd tam orta məktəbin komandası I yeri, N.Nərimanov adına şəhər 3 saylı tam orta məktəbin komandası II yeri, Mirzalıbəyli kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar .
Yarışın keçirilmə zamanı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.
Qalib komandalar “2 fevral-Gənclər günü” ilə bağlı keçiriləcək rayon tədbirində Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılacaqlar.

interposta.info
Azərbaycan gəncliyi
Azərbaycan gəncliyi
Azərbaycan gəncliyi
Azərbaycan gəncliyi
Azərbaycan gəncliyi
Azərbaycan gəncliyiAzərbaycan gəncliyi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26