Interposta.Info

“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar

İdman
 16-01-2018, 13:53     11 032

"XeberBiz" xəbər verir ki, 14 yanvar 2018-ci il tarixdə “Prins” kikboksinq idman klubunun zalında Bərdə rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə kikboksinq üzrə gənclər, yeniyetmə və kadetlər arasında açıq rayon birinciliyi keçirilmişdir.Birincilikdə Mingəçevir şəhəri 2 komanda,Ağdam rayonu 1 komanda və Bərdə rayonu 2 komanda ilə təmsil olunmuşlar.
Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov açaraq qeyd etdi ki,xalqımızın ümummilli lideri, dahi şəxsiyyət olan Heydər Əliyev istər sovet dövründə, istərsə də ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycana rəhbərlik etdiyi bütün illərdə idmana, onun inkişafına və maddi-texniki bazasının yaradılmasına, idmançılara dövlət səviyyəsində qayğı göstərilməsinə xüsusi diqqət yetirmiş, fiziki cəhətdən sağlam gənc nəslin yetişdirilməsi məsələsini daim nəzarətdə saxlamışdır. Ulu öndərin həyata keçirdiyi idman strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.Artıq ölkəmiz müxtəlif idman növləri üzrə keçirilən ən yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi edir.Sonra o, Azərbaycan və eləcə də Bərdə kikboksçularının nailiyyətlərindən danışaraq bu günkü yarış iştirakçıları arasında gələcəyin beynəlxalq idman yarışlarının çempionlarının yetişəcəyinə inandığını vurğulayaraq onlara uğurlar arzuladı.

Birincilik 5 yaş kateqoriyasında 15 çəki dərəcəsində 102 idmançı arasında keçirilmişdir.
Yarışın yüksək səviyyədə keçirilməsi və kikboksçuların döyüşlərinin qiymətləndirilməsi üçün 5 nəfərdən ibarət hakimlər heyəti təyin olunmuşdur:

1. Ədalət Əsədov - baş hakim
2. Tural Bayramov - hakim
3. Elnur Orucov - hakim
4. Yasin Məmmədov - hakim
5. Vüqar Balakişiyev - hakim

Birincilik təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.
Qalib idmançılar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medalları ilə təltif olunmuşlar.
Komanda hesabında Bərdə rayonun 2 komandası (məşqçilər Ədalət Əsədov və Tural Bayramov) müvafiq olaraq I və II,Mingəçevir şəhərinin “Qarabağ” klubunun komandası isə (məşqçi Emin Orucov) III yerləri tutmuşlar.

interposta.info

“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar
“Prins” kikboksinq idman klubu, birincilik uğurunda müsabiqə keçirib - Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26