Interposta.Info

20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO

Müxtəlif
 18-01-2018, 19:48     10 434

18 yanvar 2018-ci il tarixdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Dövlət İdarəetmə və Texnologiya kollecinin birgə təşkilatçılığı və kollecin tələbələrinin iştirakı ilə “20 Yanvar Ümumxalq Hüzn günü”nün 28-ci ildönümünə həsr edilmiş ”20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq bildirdi ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yaddaşlarda qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.20 yanvar faciəsi Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.
20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin II kurs tələbəsi, akademik Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun sədri Pərvin Əhmədova mövzu ilə bağlı məruzə etdi.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxışında qeyd etdi ki, o ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran ümummilli liderimiz Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir.Ulu öndər Heydər Əliyev hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək bildirdi ki,1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün,müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.
Tədbirə kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev yekun vurdu.

interposta.info
 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO
 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO
 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir - FOTO

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26