Interposta.Info

Bakıda Kardaşyanın kosmetik məhsulları satılır

Maqazin
 18-08-2017, 14:59     10 211

Azərbaycanda dünyaca məşhur erməni əsilli porno ulduz və fotomodel Kim Kardaşyanın “KKW” brendinə məxsus kosmetik məhsullar satılır.

"Qaynarinfo" xəbər verir ki, bu barədə azeri.today məlumat yayıb.

Bəs bu məhsulları Azərbaycana kim gətirir? Buna görə cavabdeh olan qurumlar hara baxır?

“Instagram”da həmin kosmetik məhsulları “jev_ cometics” səhifəsində reklam edən adminlə əlaqə yaradılıb.
Bakıda Kardaşyanın kosmetik məhsulları satılır


“Əgər bu məhsullar Ermənistana məxsusdursa, onda Azərbaycana niyə buraxılıb? Mən onları Bakıda yerləşən mağazalardan alıram. Mənə bir daha zəng etməyin”, - deyə o, aqressiv şəkildə cavab verib.
Bakıda Kardaşyanın kosmetik məhsulları satılır


Yəqin ki, həmin xanım məhsulların K.Kardaşyana məxsus brendə aid olmasından bixəbərdir. Amma onların ölkəmizə hansı şəkildə gətirilməsi müəmmalıdır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26