Interposta.Info

Azərbaycanda nədən ət idxalı artır? (EKSPERT)

İqtisadiyyat
 15-01-2020, 15:04     412

2019-cu il ərzində Azərbaycana xarici ölkələrdən 79 milyon 448 min dollar dəyərində 51 min 546 ton ət idxal edilib.

"İnterPosta" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

İqtisadçı-ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan özünün ət ehtiyacını ödəyə bilmir:

"Çünki son illər Azərbaycana gətirilən ət məhsullarının həcmi çoxalıb. Həm diri mal-qaranın, həm də dondurulmuş ət məhsullarının ölkəyə gətirilməsi artır. Dondurulmuş ət və ət məhsulları əsasən dövlət satınalmalarında, məsələn, orduda və digər yerlərdə istifadə olunur. Amma həm də həmin ət məhsulları restoran və kafelərə də verilir. Amma diri mal-qaranın da Azərbaycana gətirilməsi artıb. Bu o deməkdir ki, özümüz ölkənin ət ehtiyacını təmin edə bilmirik”.
Natiq Cəfərli bunun bir necə səbəbi olduğunu vurğulayıb:

"Son zamanlar ölkədə əhali artımı yüksəldiyindən ətə olan tələbat da artıb. Ölkəyə gələn turistləin də sayı çoxalıb, məsələn ötəl il Azərbaycana 3 milyon turist gəlib. Onların da istehlak etdiyi ət və ət məhsulları ümumi bazardan götürülür. Əsas səbəblərdən biri də yerli istehsal üçün yem bazasının zəifləməsidir. Yem üçün nəzərdə tutulan əkin sahələrinin bir qismində pambıq əkilir. Bu da yem bazasını olduqca zəiflətdi və bahalaşdırdı. Təbii ki, bütün bunlar mal ətinin satışına təsirsiz ötüşmədi. Yerli istehsal azalan kimi xarcdən idxal da artır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26