Interposta.Info

Azərbaycan neftinin qiyməti 78 dollara düşdü

İqtisadiyyat
 9-12-2022, 12:22     249

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,26 ABŞ dolları və ya 2,81% azalaraq, 78,07 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin yanvar fyuçersləri 76,70 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26