Interposta.Info

Azərbaycan neftinin qiyməti 103 dollara yaxınlaşdı

İqtisadiyyat
 8-11-2022, 10:05     372


Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"İnterPosta" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,73 ABŞ dolları və ya 1,7% artaraq 102,6 dollar təşkil edib.

Hərraclarda "Brent” markalı neftin yanvar fyuçersləri 97,66 ABŞ dollarına satılıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26